📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda xəstələr müalicə müəssisəsindən qaçıb? - Rəsmi cavab

2026-05-01 17:21:53

Bakıda xəstələr müalicə müəssisəsindən qaçıb? - Rəsmi cavab

Sosial şəbəkələrdə Sabunçuda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumatlar paylaşılıb.

İddia ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, belə bir hadisə olmayıb.

"Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır".