📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda xəstəxanada əməliyyat - Vəzifəli şəxs SAXLANILDI

2026-02-27 12:21:18

Bakıda xəstəxanada əməliyyat - Vəzifəli şəxs SAXLANILDI

Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Hurriyyet.org  "Unikal"a istinadla xəbər verir ki, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkiminin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.

Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilib.

Onu da qeyd edək ki, 1 saylı Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.