📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb-FAKTİKİ HAVA

2026-03-28 21:30:07

Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb-FAKTİKİ HAVA

Martın 28-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı 133 mm-ə çatıb. Bu da aylıq normanın 564 faizini təşkil edir.