📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yağış yağdı, 3-cü mikrorayon dairəsini su basdı - VİDEO

2022-10-18 17:12:00

Bakıda yağış yağdı, 3-cü mikrorayon dairəsini su basdı - VİDEO

Bakıda yağan yağışdan sonra yollarda yenidən problemlər yaşanıb.

Bu barədə baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.

Belə ki, günorta saatlarında başlayan yağış 3-cü mikrorayon dairəsində gölməçələrin yaranmasına səbəb olub.

Sakinlərin redaksiyamıza dediklərinə əsasən, əraziyə 15 gün öncə yeni asfalt örtüyü çəkilib. Lakin kanalizasiya sistemi heç də normal işləmir.

Ərazidə maşın saxlamaq, yol keçmək müşkül məsələyə çevrilib.