📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

2026-11-15 10:13:44

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib.

Hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.

Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.

Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)