Bakıda yenə zəlzələ olacaq? - Vacib Açıqlama
2023-12-07 09:36:23
"Zəlzələdən sonra afterşoklar olacaq. Ancaq ola bilsin ki, hiss olunmasın".
Hurriyyet.az xəbər verir ki, bunu “report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.