📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yeniyetmə 3-cü mərtəbədən avtomobilin üstünə düşüb

2022-08-17 09:47:00

Bakıda yeniyetmə 3-cü mərtəbədən avtomobilin üstünə düşüb

Bakıda yeniyetmə ağır xəsarət alıb.

Hurriyyet.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 2008-ci il təvəllüdlü N.Mahmudova yaşadığı evin eyvanında ehtiyatsızlıqdan yıxılaraq parklanmada olan avtomobilin üzərinə düşüb.

Yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.