📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yeniyetmə qızın hamilə olduğu məlum oldu

2022-12-02 11:00:00

Bakıda yeniyetmə qızın hamilə olduğu məlum oldu

Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) baş verib. Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olması üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.

Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.