📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix AÇIQLANDI

2021-08-19 11:38:00

Bakıda yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Bakı metropoliteni Xocəsən qəsəbəsində Bənövşəyi xəttin elektrik deposunun inşası çərçivəsində yerüstü stansiyanın tikintisini davam etdirir.

HURRİYYET.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyanın vestibül, platforma səviyyəsində tikinti plana uyğun aparılır: "Tunelə qədər yol infrastrukturununun qurulması istiqamətində də əhəmiyyətli işlər icra olunmaqdadır. Ümumən gələn ilin sonuna qədər stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Hazırda işlərin axarı qeyd edilən müddətə işlərin yekunlaşdırılması ilə bağlı problemlərin müşahidə olunmayacağını göstərir".