📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

2024-08-10 11:13:24

Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Bakının Xətai rayonunda 42 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Fərəcov Zamiq Təvəkkül oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.