📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yol qovşağında hərəkət üç gecə məhdudlaşdırılacaq

2026-10-09 17:38:53

Bakıda yol qovşağında hərəkət üç gecə məhdudlaşdırılacaq

Bakının Nizami rayonunda, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, nəqliyyatın hərəkətinə təsirin minimuma endirilməsi məqsədilə təmir işləri oktyabrın 9-dan 10-na, 10-dan 11-nə və 11-dən 12-nə keçən gecələrdə, saat 23:00-dan 07:00-dək həyata keçiriləcək. Təmir müddətində qeyd olunan yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

AAYDA sürücülərə mümkün sıxlığın qarşısını almaq üçün alternativ yollardan istifadə etməyi, hərəkət zamanı diqqətli olmağı və aparılan işlərə anlayışla yanaşmağı tövsiyə edib.