Bakıda yük avtomobili dörd maşın və sərnişin avtobusuna çırpıldı - FOTO
2021-10-29 23:47:00
“20 Yanvar” dairəsindən Z.Bünyadiv prospekti istiqamətində tuneldə yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən Hurriyyet.az-a verilən məlumata görə, 09 BO 440 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkət edən 4 minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.
Qeyd olunub ki, avtobus depoya qayıtdığından içərisində sərnişin olmayıb.


