📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yük avtomobili iki bacını vurdu, biri öldü

2024-10-04 09:26:37

Bakıda yük avtomobili iki bacını vurdu, biri öldü

Bakıda yük avtomobili iki bacını vurub.

Hurriyyet.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Aqil Səmədov idarə etdiyi "Mersedes Benz Axor" markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub.

Nəticədə bacılardan Cəmilə Eyvazova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Axar.az