📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda Zəfər yürüşü başladı - VİDEO

2022-11-08 10:27:00

Bakıda Zəfər yürüşü başladı - VİDEO

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü başlayıb.

Hurriyyet.az xəbər verir ki, yürüş Şəhidlər xiyabanından başlayaraq Alov Qüllələri kompleksi, “İçərişəhər” metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər davam edəcək.

Yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, zəfər yürüşü üç marşrut üzrə təşkil edilib.

axar.az