📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda zəncirvari qəza: ölənlər və yaralananlar var - FOTO

2023-02-24 22:53:00

Bakıda zəncirvari qəza: ölənlər və yaralananlar var - FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Hurriyyet.Az APA-ya istinadən bildirir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı maşının sürücüsü sükana nəzarəti itirirərək əks yola çıxıb.

O, əvvəlcə "Lada Granta" markalı daha sonra "Mercedes" markalı maşına çırpılıb.

Qəza nəticəsində iki nəfərin öldüyü, üç nəfərin xəsarət aldığı bildirilir.

Hazırda Ziya Bünyadov prospektində tıxac yaranıb.

Məqaləyə dair fotomateriallar: