📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

2026-09-22 20:10:23

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.

Musavat.com xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.

Bu iş rejimi "Formula 1" trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır. 

"Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.