📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıdakı səfir nazirə hesabat verdi

2026-01-05 09:33:39

Bakıdakı səfir nazirə hesabat verdi

İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə hərtərəfli əlaqələrin davamlı şəkildə gücləndirilməsi və inkişafı vasitəsilə mehriban qonşuluq yanaşmasının səmərəli irəliləyişini müzakirə edib.

Hurriyyet.az xəbər verir ki, görüşdə səfir ikitərəfli münasibətlərin son vəziyyəti haqqında geniş hesabat təqdim edib.

Xarici işlər naziri Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə keçirdiyi konstruktiv görüşlərə toxunaraq, rəsmi Bakı ilə hərtərəfli əlaqələrin davamlı olaraq möhkəmləndirilməsi və inkişafı, iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə məsləhətləşmələrin genişləndirilməsi vasitəsilə mehriban qonşuluq yanaşmasının səmərəli irəliləyişini vurğulayıb.

Yenisabah.az