📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıdan İstanbula aviareyslər ləğv olundu

2022-03-10 09:53:00

Bakıdan İstanbula aviareyslər ləğv olundu

Türk Hava Yolları (THY) şirkəti bu gün Bakıdan İstanbula və əks istiqamətdə həyata keçirməyi planlaşdırdığı aviareysləri ləğv edib.

Bu barədə aviaşirkət satış agentlərinə və sərnişinlərə müraciət ünvanlanlayıb.

“İstanbulda gözlənilən güclü qar yağışı səbəbi ilə bu günə nəzərdə tutulan İstanbul TK332, Bakı TK333 reyslərimiz ləğv olunub. Qaydalara əsasən, biletləri dəyişə və yaxud qaytara bilərsiniz”- müraciətdə bildirilib.