Bakıdan Moskvaya uçuşlar bərpa olundu
2025-05-09 11:10:33
Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub.
Bu barədə Hurriyyet.az-a AZAL-ın Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, uçuşlar artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.