📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıdan Yerevana TƏLƏB: Laçın-Sisian-Naxçıvan yolu açılsın!

2021-08-27 15:54:00

Bakıdan Yerevana TƏLƏB: Laçın-Sisian-Naxçıvan yolu açılsın!

Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması barədə danışıqlar davam edir.

 

HURRİYYET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Gorus-Qafan yolunun bağlanması səbəbindən Bakı və Yerevan arasında Rusiya tərəfinin təşəbbüsü ilə danışıqlar aparılır.


Danışıqlar zamanı Bakının Gorus-Qafan yolunun açılmasına qarşılıq üçtərəfli razılaşmada göstərildiyi kimi Azərbaycanın qalan ərazisi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin açılmasını tələb etdiyi bildirilir.


Rəsmi Bakı Laçın-Gorus-Sisian-Naxçıvan yolunun açılmasını şərt kimi irəli sürüb.