Bakılı narkobaron həbsdə öldü
2023-05-23 00:22:00
Bakıda daha bir məhkum həbsdə ölüb.
Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.
Orada saxlanılan Vəliməmməd Tağıyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Bakıda narkobaron kimi tanınan V.Tağıyev 2021-ci ildə narkotik satışında təqsirli bilinərək həbs edilib. \\Lent.az