📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının 4 rayonunun qaz təchizatında müvəqqəti FASİLƏ YARANACAQ

2021-09-09 20:08:00

Bakının 4 rayonunun qaz təchizatında müvəqqəti FASİLƏ YARANACAQ

"Böyük-Şor" QPS-dən "30-cu sahə” QPS istiqamətinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin "Böyük-Şor QPS - Böyükşor yol qovşağı” Magistral Qaz Kəməri üzərində 2 ədəd siyirtmənin quraşdırılması məqsədilə 10.09.2021-ci il tarixində saat 09:00-dan paytaxtın 4 rayonu üzrə qaz təchizatı məhdudlaşdırılacaq.

 

Bu barədə Hurruyyet.org-a "Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

 

Təmir zamanı Nizami rayonunun (tam olaraq), Xətai və Nərimanov rayonlarının bir hissəsinin, həmçinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin həm əhali, həm də sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.