📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının bəzi ərazilərinə şiddətli dolu yağır

2026-04-14 22:36:48

Bakının bəzi ərazilərinə şiddətli dolu yağır

Hazırda paytaxtın bəzi ərazilərinə şiddətli dolu yağır.

Hurriyyet.az  xəbər verir ki, yağıntı qısa müddətdə intensiv xarakter alıb və hava şəraitini kəskin dəyişib.

Yayılan görüntülərdə dolunun bəzi küçə və yaşayış massivlərində güclü şəkildə müşahidə olunduğu əksini tapıb. Hazırda yağıntı davam edir.