📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının bu ərazisində ağaclar bu cür məhv edilir - Video

2025-03-26 16:38:41

Bakının bu ərazisində ağaclar bu cür məhv edilir - Video

Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılır.

Hurriyyet.az xəbər verir ki, görüntülər Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində qeydə alınıb.

23 aprel 2024-cü ilə – 1 il öncəyə aid videoda ərazidə xeyli şam və küknar ağaclarının olduğu görünür (müqayisə üçün hər iki video təqdim edilir - red.). İddia olunur ki, hazırda ağaclar texnika ilə məhv edilir.

Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, məsələdən xəbərdardırlar. Onun sözlərinə görə, nazirliyin əməkdaşları araşdırma aparır.

Globalinfo.az