Bakının bu küçələrindən keçməyin!- Başınıza daş düşə bilər - VİDEO
2021-10-06 11:40:00
Bakıda hündürmərtəbəli binaların tikintisi fasiləsiz şəkildə davam edir. Çox sayda yeni tikililərlə yanaşı, hətta Sovet İttifaqı dövründən qalma binaların da görünüşü bu müasirliyə uyğunlaşdırılır.
Hurriyyet.az-ın "ARB Xəbər"ə istinadən məlumatına görə, köhnə binaların restovrasiyası zamanı normalara düzgün əməl olunmur.
Bu, görülən işin ömrünü azaltmaqla yanaşı, insanların həyatı üçün də təhlükə yaradır. Adiyyəti qurumlar isə məsələyə bir-birindən fərqlənməyən nəticəsiz cavablar verir.