📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır

2024-07-25 17:27:49

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır

Sabah saat 00:00-dan iyulun 29-u saat 07:00-a qədər Bakının Səbail rayonunun Xəqani küçəsində (Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub./axar.az/