📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının bu qəbiristanlığında sakinlər yaxınlarını ziyarət edə bilmirlər

2026-02-08 13:39:16

Bakının bu qəbiristanlığında sakinlər yaxınlarını ziyarət edə bilmirlər

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən qəbiristanlıq baxımsız haldadır.

Publika.az xəbər verir ki, ərazidəki qamışlar qəbirlərin üzərini örtüb və qəbiristanlıq artıq ziyarətolunmaz vəziyyətə düşüb. Həmçinin ərazidə gölməçə də yaranıb.

40 mindən çox məzara məkan olan qəbiristanlıq uzun müddətdir, gözdən iraq, təmizlikdən uzaqdır.

Sakinlərin sözlərinə görə, onlar yaxınlarını ziyarət edə bilmirlər, əsas problem qəbiristanlıqdakı gölməçənin qəbirləri suya qərq etməsidir.

Məsələ ilə bağlı Zabrat Bələdiyyəsinin sədr müavini Hikmət Alıyev Azərbaycan Televiziyasına (AzTV) bildirib ki, yaxın zamanda bura maliyyə ayrılsa, məsələ həllini tapa biləcək.