📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının bu yollarında sürət həddi endirildi

2026-11-07 14:29:33

Bakının bu yollarında sürət həddi endirildi

Hazırda Bakının bir sıra ərazilərində müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Modern.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.