Bakının daha bir məktəbində koronavirus aşkarlandı, sinif distant təhsilə keçdi
2021-10-06 09:54:00
Bakının Yasamal rayonu 53 saylı orta məktəbində ibtidai siniflərdən biri distant təhsilə keçib.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, məktəbin 3-cü sinif şagirdlərindən birində koronavirusun aşkarlanması belə bir qərarın verilməsinə səbəb olub.
Sinifdə əyani təhsil 14 gün müddətində distant təhsillə əvəz edilib.