📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama: Məni daş-qalaq edəcəklər

2026-01-15 10:37:52

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama: Məni daş-qalaq edəcəklər

Azərbaycanın yanvarın 14-də Ermənistana təhvil verdiyi erməniəsilli Gevorq Sujyan sosial media hesabında paylaşım edib.

Hurriyyet.az Teleqraf-a istinadən xəbər verir ki, o, ölkəsində ona qarşı münasibətin birmənalı olmadığını yazıb.

“Bəlkə də dedi-qodu edənlər və bədxahlar tapılacaq, mənə daş atacaqlar, amma mən onların şərinə yaxşılıqla, sevgi ilə cavab verəcəyəm, hətta buna layiq olmasalar belə. Tənqidçilər də olacaq, qaralamağa və daş-qalaq etməyə çalışacaqlar, mən onların atdığı daşlardan gözəl abidələr inşa edəcəyəm. Onlara cavab olaraq, müdrikliklə gülümsəyəcəyəm. Hətta məni “dəli” adlandırsalar belə, yenə eyni müdrik təbəssümlə gülümsəyəcəyəm. Çünki bilin ki, dünyanı irəli aparan məhz dəlilərdir”, - Sujyan qeyd edib.

Xatırladaq ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslər Gevorq Sujyan, David Davtyan, Viqen Euljekjyan və Vaqif Xaçaturyan dünən Ermənistana təhvil verilib. Proses Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhün əməli nəticəsi kimi həyata keçirilib.