📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının mərkəzi əslində hara imiş? - Sədr AÇIQLADI

2024-07-11 00:06:43

Bakının mərkəzi əslində hara imiş? - Sədr AÇIQLADI

Baku TV paytaxt sakinləri arasında "Bakının mərkəzi haradır?" sualı ilə sorğu keçirib.

Sorğu iştirakçılarının çoxu Nizami küçəsini şəhərin mərkəzi hesab ediblər.

Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə bildirib ki, hər bir şəhərin mərkəzi nöqtəsi onun mərkəzi poçt binasının yerləşdiyi yerdir:

"Bu, dünya üzrə qəbul olunmuş parametrdir. Bütün ölçülər o nöqtədən götürülür".