📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü

2026-08-25 10:31:17

Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.media  xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində Xətai rayonu Yusif Səfərov küçəsində qeydə alınıb.

Pərviz Rəsulov idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyada keçidinin üzərində yolu sağdan sola keçən Əlizadə Samir Qeys oğlunu vuraraq xəsarət yetirib.

Nəticədə, 1994-cü il təvəllüdlü piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.