📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir

2025-04-21 11:42:36

Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir

Paytaxtın Nəsimi rayonu Nizami küçəsində anbarda yanğın başlayıb.

Hurriyyet.az xəbər verir ki, yanğın səbəbindən ətrafa qatı tüstü yayılmaqdadır.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək. (Qafqazinfo.az)

***

DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən qeyd edilib ki, yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami  və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.