📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının mərkəzində gənc oğlan restoranın şüşələrini sındırdı

2026-10-25 20:16:51

Bakının mərkəzində gənc oğlan restoranın şüşələrini sındırdı

Bakıda qonaq şadlıq evinin qapısının şüşələrini sındırıb.

Modern.az xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində yerləşən “Mübarək” şadıq sarayında qeydə alınıb.

26 yaşlı Fərid Mustafazadə (şərti adla) toyda spirtli içərək sərxoş olub. O, sərxoş halda həmin restoranın qapısının şüşələrini sındıraraq, ictimai asayişi pozub. Ərazidə xidmətdə olan polis əməkdaşlarının tələbinə isə məhəl qoymayıb.

Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

Fərid Mustafazadə ifadəsində əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib.

Məhkəmə onun barəsində 150 manat məbləğində inzibati cərimə cəzası təyin edib.