📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BAKININ MƏRKƏZİNDƏ GÜCLÜ PARTLAYIŞ OLUB - Ölən və yaralananlar var...

2022-04-03 11:10:00

BAKININ MƏRKƏZİNDƏ GÜCLÜ PARTLAYIŞ OLUB - Ölən və yaralananlar var...

Bakıda gecə klubunda partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
Hadisə zamanı həyatını itirən şəxs gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.
"37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib", - qeyd olunub.
"Azəriqaz" İB-dən məlumat verilib ki,  T.Əliyarbəyov 13 a ünvanında, "Goumet" restoranında gecə saatlarında baş verən partlayış maye qaz balonunda yaranmış sızma nəticəsində olub.
Məlumatda bildirilir ki, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.