📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının mərkəzində içməli su küçəyə axıdılır? - İDDİA - FOTO

2023-10-24 16:10:11

Bakının mərkəzində içməli su küçəyə axıdılır? - İDDİA - FOTO

Bakının mərkəzi küçələrindən birində içməli suyun yola axdığı iddia edilib.

Hurriyyet.az BAKU.WS istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu Hüseynqulu Sarabski ilə Mərdanov qardaşları küçəsinin kəsişdiyi yolda yerin altından su çıxır.

Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə məlumat daxil olub.

Şikayətçi bildirir ki, xoşagəlməz hal artıq 8 aydır davam edir.

Problemlə bağlı "Azərsu"ya dəfələrlə müraciət də edilib. Lakin problem həllini tapmayıb.