📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının mərkəzində qızın başına beton parçası düşdü

2023-05-24 12:21:00

Bakının mərkəzində qızın başına beton parçası düşdü

Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, dünən saat 18 radələrində paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.

Beton parçası səkidə hərəkət edən piyada 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.