📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının mərkəzində restoranda yanğın olub - YENİLƏNİB + VİDEO

2023-12-08 13:05:01

Bakının mərkəzində restoranda yanğın olub - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyi Səbail rayonu, Xaqani küçəsində yerləşən restoranda baş verən yanğınla bağlı məlumat yayıb.

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xaqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunublar.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

***

Bakı şəhərində restoran yanır. 

Hurriyyet.az-ın məlumatına görə, yanğın Səbail rayonu, Xəqani küçəsində qeyd alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar. 

oxu.az