📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

2024-10-24 00:16:03

Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov və Sabunçu rayonlarında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 24.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə "Hurriyyet.Az"-a "Azəriqaz" İB-dən bildirilib.

Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ, Nərimanov və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.