📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bakıya gedərsinizmi?” sualına Nikolun deputatının cavabı

2025-03-18 21:31:46

“Bakıya gedərsinizmi?” sualına Nikolun deputatının cavabı

Ermənilər və azərbaycanlılar başqa ölkələrdə bir-biri ilə dostluq edirlər.

Hurriyyet.Az xəbər verir ki, bu sözləri Ermənistanın “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Arsen Torosyan erməni mediasına müsahibəsində deyib.

“Bir çox ölkədə - Gürcüstanda, Rusiyada - ermənilər və azərbaycanlılar həm də bir-biri ilə dostluq edirlər və mən bunda qəbahət görmürəm. Axı Ermənistanı və Azərbaycanı buradan köçürmək olmaz və biz, bəli, qonşularımızla heç olmasa, münaqişəsiz münasibət qurmaq istəyirik”, - Torosyan bildirib.

Torosyan “Bakıya turist səfərinə gedərmi” sualına belə cavab verib:

“Bəli, vəziyyət bunu mümkün edəcək qədər əlverişli olsaydı, təbii ki, gedərdim, biz də onları burada qarşılayardıq”.

O, sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin də qurulacağını qeyd edib:

“Sənəd imzalanandan sonra Ermənistanda Azərbaycan, Azərbaycanda Ermənistan səfirliyi açılacaq. Niyə də açılmasın?”//Axar.az