📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıya qar yağan kimi istilik kəsildi

2025-02-21 11:45:55

Bakıya qar yağan kimi istilik kəsildi

Bakıda ötən gün havaların kəskin soyuqlaşması ilə Xətai rayonu ərazisində istiliyin verilməsi də dayandırılıb.

Hurriyyet.az xəbər verir ki, artıq ötən gün axşam saatlarından binalar istilik almır.

“Azəristiliktəchizat” ASC ən sərt soyuqlarda Xətaidə binalara niyə istilik vermədiyinin səbəbi ilə bağlı açıqlama yaymayıb.

Qeyd edək ki, buildən Bakıda binaların daha keyfiyyətli istiliklə təmin edilməsi məqsədilə istilik təminatına görə qiymətlər tam iki dəfə (!!!) artırılıb və 1 kv.m üçün 15 qəpikdən 30 qəpiyə qaldırılıb.

Axar.az