📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıya qar yağır

2025-02-14 17:38:59

Bakıya qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, İmişli, Hacıqabul, Sabirabad, Beyləqan, Salyan, Neftçala, Şuşa, Füzulidə yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Daşkəsən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Göygöl, Lerik, Şirvan, Yardımlıda qar yağır.

Pirallahı, Naxçıvan, Culfa, Yevlax, Sabirabad, Neftçala, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.