Bakıya qarşı həmlə: Sülh istəyən İrəvan "Pralay" ballistik raketləri alır
2026-02-20 13:21:03
Ermənistan Hindistanın "Pralay" taktiki ballistik raketləri ilə maraqlanır.
Hurriyyet.org xəbər verir ki, bu barədə Hindistanın IDRW agentliyi məlumat yayıb.
Media orqanı qeyd edir ki, Azərbaycan Hindistanın da iştirak etdiyi İsrailin "Barak-8" zenit-raket sistemlərindən istifadə edir. Bu hava hücumundan müdafiə (HHM) sisteminin öhdəsindən gəlmək üçün İrəvan Hindistandan "Pralay" yer-yer raketləri almaq imkanını nəzərdən keçirir.
Bu, qısamənzilli raketdir və əsas xüsusiyyəti trayektoriyanın son hissəsində manevr etmək və uçuş istiqamətini dəyişdirmək qabiliyyətidir ki, bu da “Pralay”ı hətta “Barak-8” və ya “S-300” kimi müasir sistemlərin də tutmasına mane olur.
Razılaşma baş tutarsa, Ermənistan “Pralay” sisteminin ilk xarici alıcısı olacaq.