📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıya tranzit üçün sadələşmiş rejimə hazırıq

2023-10-17 17:54:34

Bakıya tranzit üçün sadələşmiş rejimə hazırıq

Ermənistan regionda kommunikasiyaların açılacağı təqdirdə öz ərazisindən tranzit prosedurlarını sadələşdirməyə hazırdır.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında deyib.

“Bütün kommunikasiyalar ölkələrin suverenliyi prinsipi çərçivəsində açılarsa, Ermənistan prosedurları sadələşdirməyə hazırdır. Qarşılıqlı olacağına ümid edərək ərazimizdən keçərkən Azərbaycandan gələn yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin etməyə hazırıq”, - Paşinyan bildirib./axar.az/