📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Baksol yolu”nda yük maşını aşdı, hərəkət dayandı - Foto

2025-03-14 14:18:23

“Baksol yolu”nda yük maşını aşdı, hərəkət dayandı - Foto

Paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov məlumat verib.

O bildirib ki, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Yol polisi nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində tədbirlər görür.