📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"BakuBus"un avtobusunda yanğın olub - Sərnişinlər təxliyə edilib

2021-08-13 14:10:00

Bakıda sərnişin avtobusunda yanğın olub.

"Report" xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.