📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Balakəndə 66 yaşlı kişi bıçaqlandı - Qardaşı saxlanıldı

2026-11-25 11:23:52

Balakəndə 66 yaşlı kişi bıçaqlandı - Qardaşı saxlanıldı

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1957-ci il təvəllüdlü Məhəmməd Malahov sərxoş halda qardaşı, 1960-cı il təvəllüdlü Sədrəddin Malahova bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M. Malahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.