📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Balakəndə “Azərbaycan Dəmir Yolları”na məxsus elektrik otağında YANĞIN OLUB

2021-10-05 20:18:00

Balakəndə “Azərbaycan Dəmir Yolları”na məxsus elektrik otağında YANĞIN OLUB

Balakən rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ümumi sahəsi 40 m² olan elektrik otağında 1 ədəd idarəetmə avadanlığı yanıb.

Hurriyyet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, digər avadanlıqlar və otaq yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.