📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Balakəndə DƏHŞƏT: 2 nəfər öldü, 3 nəfər yaralandı

2022-06-25 11:33:00

Balakəndə DƏHŞƏT: 2 nəfər öldü, 3 nəfər yaralandı

Balakən rayonunda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

İyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “”Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.