📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Balakəndə kanat yolu tikilir - 5 milyon ayrıldı

2025-05-08 16:45:23

Balakəndə kanat yolu tikilir - 5 milyon ayrıldı

Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Hurriyyet.az xəbər verir ki, Sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.